BAKI, 27 iyul. TELEQRAF
İtaliyanın maliyyə mühafizəsi (Guardia di Finanza) İspaniya və Portuqaliya hakimiyyət orqanlarının iştirakı ilə Atlantik okeanında keçirilən genişmiqyaslı beynəlxalq əməliyyat zamanı 2,6 tondan çox kokain müsadirə edib.
Teleqraf xəbər verir ki, topdansatış bazarında müsadirə olunmuş malın dəyəri təxminən 78 milyon avro olaraq qiymətləndirilir.
Limanda narkotik satıcısı olmaqda şübhəli bilinən dörd nəfər saxlanılıb. Onlardan ikisi ispan, biri cəbəllütariqli və biri albandır.