BAKI, 28 iyul. TELEQRAF

Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasının Kumamoto prefekturasında yeni zəlzələ ilə bağlı fövqəladə xəbərdarlıq elan olunub.

Teleqraf xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, əhaliyə təcili olaraq təhlükəsizlik tədbirləri görmək çağırışı edilib.

Xatırladaq ki, iyulun 28-də Kyuşu adasında 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan sonra Ariake körfəzi və Yatsuşiro dənizi sahilləri üçün sunami təhlükəsi xəbərdarlığı elan olunub.

***

11:51

Yaponiyanın Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Bölgədə sunami təhlükəsi elan olunub.