BAKI, 28 iyul. TELEQRAF

ABŞ-nin "Apple" korporasiyası bazar kapitallaşmasına görə yenidən dünyanın ən dəyərli şirkəti statusunu geri qaytararaq "Nvidia" şirkətini geridə qoyub.

Teleqraf xəbər verir ki, bu, birja ticarətinin nəticələrinə əsasən məlum olub.

Məlumata görə, "Nasdaq" birjasının göstəricilərə əsasən, "Apple" səhmləri 1,17% bahalaşaraq 336,91 dollara yüksəlib. Eyni vaxtda "Nvidia" səhmləri isə 4,99% ucuzlaşaraq 196,51 dollara düşüb.

Nəticədə "Apple"ın bazar kapitallaşması 4,95 trilyon dollara çatıb. "Nvidia"nın bazar dəyəri isə 4,76 trilyon dollar təşkil edib.

Bazar kapitallaşmasına görə ilk beşlikdə, həmçinin "Alphabet" (4 trilyon dollar), "Microsoft" (2,89 trilyon dollar) və "Amazon" (2,49 trilyon dollar) yer alır.