BAKI, 28 iyul. TELEQRAF
ABŞ Çad hökumətinin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq qərarını dəstəkləyir və bunu ölkənin müstəqilliyini gücləndirən müsbət addım kimi qiymətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
Qeyd edilib ki, ABŞ Çadın bu "qüsurlu təşkilat"dan üz döndərməsini alqışlayır. Vaşinqton həmçinin bu məhkəməyə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb və quruma üzv olan digər dövlətləri də oradan çıxmağa çağırıb.