BAKI, 27 iyul. TELEQRAF
"Mən olmasaydım, İsrail məhv olardı".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Mən və Bibi (İsrail baş naziri Binyamin Netanyahu - red) olmasaydıq, İranın çoxdan nüvə silahına sahib olub İsrailin məhv edərdi", - deyə o bildirib.
Tramp Binyamin Netanyahu ilə İran məsələsində müəyyən fikir ayrılıqlarının olduğunu bildirib: "Bizim bəzi kiçik fərqli baxışlarımız var, amma ümumilikdə biz bir-birimizə çox yaxınıq".
Qeyd edək ki, Tramp yaxın vaxtlarda Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcək.