BAKI, 28 iyul. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tərəflər Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri liderlərinin Ermənistanla bağlı bu yaxınlarda qəbul etdikləri bəyanatı, eləcə də ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə ediblər.
Peskov qeyd edib ki, telefon danışığında Ermənistanda mümkün qədər tez referendum keçirilməsinin vacibliyi də vurğulanıb. Onun sözlərinə görə, referendumun məqsədi Ermənistan vətəndaşlarının ölkənin gələcək inkişaf istiqaməti ilə bağlı mövqeyini müəyyənləşdirməkdir.