BAKI, 28 iyul. TELEQRAF
Türkiyədən idxal olunmuş "Bilgam" TABLET N 30 əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (BAQM) nümunələr götürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, fiziki şəxs Bağırzadə Məlik Namik oğlu tərəfindən idxal edilən məhsul “Cosmoactive İlaç Anonim Şirketi”-inin istehsalı olub.
"Məhsul 02.03.2026-cı il istehsal və 02.03.2029-cu il son istifadə tarixli, 26001 partiya nömrəli olub.
Məhsulun etiket məlumatlarında Vitamin B12 göstəricisinin müəyyən miqdarı bəyan edilsə də, laborator nəticələrə əsasən, məhsulda həmin göstərici aşkar edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib", - məlumatda qeyd olunub.