BAKI, 27 iyul. TELEQRAF
Ukrayna ordusunun Qara dənizdə yük gəmisinə etdiyi hücum nəticəsində hindistanlı dənizçinin həlak olması Hindistanın etirazına səbəb olub. Rəsmi Nyu-Dehli Ukraynanın ölkədəki səfiri Aleksandr Polişşuku Xarici İşlər Nazirliyinə (XİN) çağıraraq ona etiraz edib.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan XİN məlumat yayıb.
Bildirilib ki, səfirdən Ukrayna hərbçilərinin "MV OMORFI" adlı ticarət gəmisini vurması və nəticədə günahsız hindistanlının ölümü ilə bağlı izahat istənilib.
Hindistan XİN dinc mal daşıyan gəmilərə hücum edilməsini pisləyib və bildirib ki, bu cür təhlükəli addımlar dənizlərdə yükdaşımaya, sərbəst gediş-gəlişə və beynəlxalq ticarətə böyük zərbə vurur.