BAKI, 28 iyul. TELEQRAF
İraqın Baş nazirinin müşaviri ölkədə Ukraynanın maraqları naminə fəaliyyət göstərdiyi iddia olunan qrupların saxlanıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.
Məlumata görə, saxlanılan qrupların İraqda baş vermiş bir sıra partlayışlarda iştirak etdiyi iddia olunur.
Hazırda hadisənin təfərrüatları, saxlanılan şəxslərin sayı və onlara qarşı irəli sürülən ittihamlar açıqlanmayıb.