BAKI, 8 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandıraraq danışıqlar masasına qayıtmağı təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Trampın sözlərini "Fox News" telekanalı yayıb.

"İrana belə bir təklif edərdim: raketlərinizi buraxdınız, bu kifayətdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin", - ABŞ lideri bildirib.

Donald Trampın sözlərinə görə, Vaşinqton və Tehran mümkün sazişin imzalanmasına çox yaxındırlar.

"Biz buna çox yaxınıq. Düşünürəm ki, razılaşma bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü imzalana bilərdi. Amma indi belə hadisələr baş verir", - o, İran və İsrail arasında gərginliyin artmasını şərh edərkən deyib.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Livana zərbələr endirmək üçün istifadə etdiyi Ramat-David aviabazasına hücum həyata keçirdiyini açıqlamışdı.

Qurumun məlumatında bildirilirdi ki, raketlər İsrailin Livanın cənubunda törətdiyi hücumlara cavab olaraq buraxılıb.

İsrail Ordusunun mətbuat xidməti isə İran ərazisindən raket buraxılışlarının qeydə alındığını təsdiqləyib.