BAKI, 28 iyul. TELEQRAF
Bakıda iyulun 27-si əsən güclü külək nəticəsində 28-i səhər saatlarına qədər paytaxt ərazisində 48 ağac, 63 ağac budağı sınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər.