BAKI, 28 iyul. TELEQRAF
Bakıda keçirilən U-17 dünya çempionatında yunan-Roma güləş yarışları davam edir.
Teleqraf xəbər verir ki, Azərbaycan millisinin daha beş üzvü təsnifat mərhələsində xalça üzərinə çıxacaq.
Günün proqramına əsasən, görüşlər saat 10:30-da başlayacaq.
Azərbaycan güləşçilərinin ilk rəqibləri aşağıdakılardır:
(45 kq) Əli Cavadlı – Oskar Burqazov (Bolqarıstan)
(51 kq) Adəm Hüseynli – K. Janqajol (Qazaxıstan)
(60 kq) Elçin Çərkəzov – N. Askar (Qazaxıstan)
(71 kq) Nihad Həsənov – M. Azizboyev (Tacikistan)
(92 kq) Zaur Səfərov – H. Yevseyev (Ukrayna)