BAKI, 28 iyul. TELEQRAF
“İranın mərhum ali rəhbəri Əli Xameneinin qətlinin sifarişçiləri və icraçıları Qurana əsasən törətdikləri əmələ uyğun şəkildə cəzalandırılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müşaviri Məcid Mirəhmədi deyib.
“Qisas və qan davası təkcə şəxsi məsələ deyil, milli məsələdir, bütün İslam ümmətinə aiddir. Təhlükə yalnız o zaman aradan qalxacaq ki, İranın düşmənləri şüar səviyyəsində yox, real və həqiqi mənada ciddi təhlükə hiss edəcəklər və bu iradəni əməldə görəcəklər”, - İran ordusunun rəsmisi bildirib.