BAKI, 28 iyul. TELEQRAF
TƏBİB-in direktor müavini həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvü olub.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin və “2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü”nün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli qərarında dəyişiklik edilib.
“Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin “Komissiyanın üzvləri:” hissəsinin on dördüncü abzasında “direktoru” sözü “direktorunun müavini” sözləri ilə əvəz edilib.