BAKI, 28 iyul. TELEQRAF
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb.
Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.85% azalaraq 4.042 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 2.21% ucuzlaşaraq 57.41 ABŞ dolları təşkil edib.