BAKI, 28 iyul. TELEQRAF

“Hizbullah” və HƏMAS kimi “osminoqun qolları” ilə yox, onun Tehrandakı “baş”ı ilə mübarizə aparmaq lazımdır, sonda məqsəd İran rejiminin devrilməsi olmalıdır”.

Teleqraf xəbər verir ki, bunu İsrailin keçmiş hökumət başçısı və baş nazirliyə namizəd Naftali Bennett deyib.

Keçmiş baş nazir İsrailin İrana qarşı strategiyasından danışarkən bildirib: “Bu mərhələdə qarşıya qoyulan hədəflərin heç biri həyata keçirilməyib və onlara nail olunana qədər fəaliyyət davam etdirilməlidir”.