BİLƏSUVAR, 28 iyul. TELEQRAF

Biləsuvarda sürücü sükan arxasında ürək tutmasından vəfat edib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

1960-cı il təvəllüdlü Əlizadə Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil kollektora düşüb. Məlum olub ki, sürücü sükan arxasında ürək tutmasından dünyasını dəyişib.

Əlizadə Əliyev rayonda fəaliyyət göstərən pambıq şirkətlərindən birində aqronom işləyib.

Faktla bağlı araşdırma aparılır.