BAKI, 28 iyul. TELEQRAF
İyulun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 5,2 ton çəkidə 15119 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlkumata görə, bu istiqamətdə tədbirlər davam etdirilir.