BAKI, 28 iyul. TELEQRAF
Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın daha üç yunan-Roma güləşçisi bu gün həlledici görüşlərə çıxacaq.
Teleqraf xəbər verir ki, yarımfinal mərhələsində məğlub olan Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.
İsfahan Həsənov (80 kq) isə dünya çempionatının finalında qüvvəsini sınayacaq. Azərbaycan təmsilçisi qızıl medal uğrunda həlledici görüşdə İran güləşçisi Alireza Rezayi ilə üz-üzə gələcək.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda davam edir.