BAKI, 28 iyul. TELEQRAF

Qazaxıstanda elektrik və enerji sistemlərini kiberhücumlardan qorumaq üçün xüsusi mərkəz yaradılır.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov deyib.

O bildirib ki, yeni mərkəz ölkədəki 200-dən çox enerji obyektinə mərkəzləşdirilmiş qaydada nəzarət edəcək.