BAKI, 8 aprel. TELEQRAF
ABŞ İranla keçiriləcək danışıqlarda Tehrandan bütün nüvə materiallarını ölkədən çıxarmağı tələb etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti israilli rəsmi mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqton və İsrail qarşıdakı danışıqlarda ortaq mövqedən çıxış etməyi razılaşdırıb.
Bildirilir ki, ABŞ İranın nüvə materiallarını ölkədən çıxarması, uranın zənginləşdirilməsini dayandırması və ballistik raket proqramı ilə bağlı təhdidlərin aradan qaldırılması kimi tələblər irəli sürəcək.