Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Hörmüz boğazının Rusiya üçün açıq olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, "Vesti"yə müsahibəsində Hörmüz boğazının Rusiya üçün açıq olduğunu deyib.
Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Vaşinqton hələ də Yaxın Şərqdəki gərginliyin həllində Rusiyanın vasitəçiliyi ilə bağlı Moskvaya müraciət etməyib.
"Bu məsələ ilə bağlı bizə heç kim müraciət etməyib. Yaxın Şərqdə artan gərginlik fonunda İran ətrafında vəziyyət mürəkkəb olaraq qalır" - Uşakov bildirib.