BAKI, 17 mart. TELEQRAF

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynada baş verən hərbi münaqişəyə görə Qərb ölkələrinin rəhbərliyini ittiham edib.

Teleqraf xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinin qarşıdurmanın yaranmaması üçün mümkün olan bütün səyləri göstərdiyini bildirib.

V. Volodinin onun sözlərinə görə, Ukraynadakı mövcud duruma görə ABŞ, Böyük Britaniya, Almaniya və Fransa birbaşa məsuliyyət daşıyır:

"Ukraynadakı mövcud duruma ABŞ, Böyük Britaniya, Almaniya və Fransa birbaşa rəvac verib. Sözügedən ölkə rəhbərlərinin məlum fəaliyyəti olmasaydı, hazırkı qarşıdurma da yaşanmazdı".