BAKI, 10 mart. TELEQRAF
Türkiyə öz hava məkanının pozulmasına qarşı bütün zəruri cavab tədbirlərini görməyə davam edəcək.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı bildirib.
Nazir rəsmi Ankara üçün hava sərhədlərinin toxunulmazlığının prinsipial məsələ olduğunu vurğulayıb. O qeyd edib ki, İran tərəfindən hava məkanının pozulması yolverilməzdir və bu cür hallara qarşı adekvat addımlar atılacaq.
H. Fidan həmçinin əlavə edib ki, münaqişənin bütün tərəfləri regional təhlükəsizliyi poza biləcək və mülki əhali üçün təhlükə yaradacaq hərəkətlərdən çəkinməlidir.