BAKI, 8 mart. TELEQRAF

İsrail Müdafiə Ordusu İran tərəfindən İsrail istiqamətində buraxılan raketlərin aşkar edildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun “Telegram” kanalında yayılan məlumatda qeyd olunub.

Bildirilib ki, İsrailin hava hücumundan müdafiə sistemləri raket təhlükəsini zərərsizləşdirmək üçün fəaliyyət göstərir.

Bundan əvvəl ölkənin şimal və cənub bölgələrində, eləcə də Ölü dəniz ətrafında raket təhlükəsi barədə xəbərdarlıq edən hava həyəcanı siqnalları səslənib.