BAKI, 20 sentyabr. TELEQRAF
Serbiya qış istilik mövsümü ərəfəsində 690 milyon kubmetr qaz ehtiyatı toplayıb.
Teleqraf xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç yerli televiziya kanalının efirində bildirib.
"Qaz məsələsinə gəlincə, anbarlarımız doludur. Həm Serbiya, həm də Macarıstanda ümumilikdə 690 milyon kubmetr qazımız var. Bu, bizim əsas ehtiyatımızdır", — deyə Vuçiç vurğulayıb.