BAKI, 21 sentyabr. TELEQRAF

"Qarabağ problemi öz siyasi aktuallığını hələ də saxlayır".

Teleqraf xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarda deyib.

O bildirib ki, Qarabağ problemi unudulmamalıdır.

"Şəhidlərimiz, qazilərimiz, əsgərlərimiz öz missiyasını yerinə yetirdilər. İndi isə missiya jurnalistlərdədir. Qarabağ problemini siz yazmalısınız. Onu daim gündəmdə saxlamalısınız. Çünki bu, yalnız tarixi deyil, həm də siyasi məsələdir", - o vurğulayıb.