BAKI, 21 sentyabr. TELEQRAF
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb.
Bu barədə Teleqraf-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, agentliyin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib.
Hər iki qida obyektdə quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb.
Qayda pozuntularına görə hər iki sahibkar barəsində protokol tərtib edilib və sexlərin fəaliyyəti məhdudlaşdırılıb. Həmçinin toyuq ətlərindən nümunələr götürülərək laboratoriyaya göndərilib.
Araşdırmalar davam etdirilir.