BAKI, 21 sentyabr. TELEQRAF
Türkmənistan Xarici İşlər nazirinin müavini Myaxri Byaşimova Avropa İttifaqının Aşqabaddakı səfiri Lyuk Devin ilə görüşdü.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Türkmənistanla Avropa İttifaqı arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini, eləcə də mövcud əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmsöhbətlər BMT Baş Assambleyasının 81-ci sessiyasında Türkmənistan və Avropa İttifaqının prioritetlərinə, beynəlxalq və regional gündəliyə toxunublar.
Həmçinin birgə tədbirlərin hazırlanması, ikitərəfli və beynəlxalq səviyyələrdə gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.