BAKI, 21 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici bazarlara 5 milyon 2.93 min ABŞ dolları dəyərində 569.27 ton çay ixrac edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə çay ixracı dəyər ifadəsində 12,10%, həcm ifadəsində isə 15,80% artıb.
Cari ilin ilk 8 ayında çay ixracı Azərbaycanın ümumi ixracının 0.02%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 0.08%-ni təşkil edib.
Hesabat dövründə ölkəyə 56 milyon 802.97 min ABŞ dolları dəyərində 9 min 457.38 ton çay idxal olunub. Çay idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,25%, həcm ifadəsində isə 6,73% artıb.
2026-cı ilin yanvar-iyul aylarında çay idxalı ölkənin ümumi idxalının 0.36%-ni təşkil edib.