BAKI, 21 sentyabr. TELEQRAF
Naxçıvan Müəllimlər İnstitutu Naxçıvan Dövlət Universitetinə birləşdirilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir. Bununla əlaqədar doktoranturalar yaradılan və Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahılarından Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı hissələr ləğv olunub.
Elm və Təhsil Nazirliyi qərardan irəli gələn məsələləri həll edəcək.