BAKI, 21 sentyabr. TELEQRAF

"Araz-Naxçıvan" baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, Zaur İsmayılovla Cavid Hüseynov iyuldan "Araz-Naxçıvan"da çalışırdılar.