BAKI, 21 sentyabr. TELEQRAF
Qırğızıstanda araşan ətlik-yunluq qoyun cinsinə aid qoç bir milyon dollara satılıb.
Teleqraf xəbər verir ki, heyvan 2023-cü ildə Qazaxıstanda 150 min dollara alınmış Frankel adlı qoçun nəslindəndir.
Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, böyük sövdələşmə Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan fermerlərin iştirak etdiyi beynəlxalq festival zamanı baş tutub. Tədbir araşan cinsinin inkişafına həsr olunub.
Bu cins Qırğızıstanda 2021-ci ildə rəsmi olaraq qeydiyyata alınıb. Onun yaradılması üzrə işlər hələ 1970-ci illərdə Çuy vilayətində başlamışdı. Cütləşmə üçün Tacikistandan gətirilmiş hisar qoçlarından və yerli codyunlu qoyunlardan istifadə olunub.
Kənd Təsərrüfatı Nazirliyi qeyd edib ki, araşan cinsi zərif və şirəli əti, iri quyruğu ilə seçilir. Bu cins həm yüksək dağlıq, həm də düzənlik saxlanmağa uyğunlaşıb. Belə qoyunlar dözümlüdür, otlaqlarda uzunmüddətli otarılmaya, həmçinin tövlə şəraitində saxlanmağa uyğundur.