BAKI, 21 sentyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, Özbəkistan dövlət başçısı Rusiya liderini Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edib.
Söhbət zamanı ali səviyyədə əldə olunmuş razılaşmaların icrası çərçivəsində Özbəkistan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Hökumətlərarası komissiyanın və Regionlar Şurasının növbəti iclaslarının, eləcə də Rusiyada Özbəkistan mədəniyyəti günlərinin səmərəli keçirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər qarşıdakı ikitərəfli və çoxtərəfli tədbirlər planını da nəzərdən keçiriblər.