BAKI, 21 sentyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın Rusiya əleyhinə sanksiyalar qanununu imzalaması iki ölkə arasında münasibətlərin canlanmasına töhfə verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bunun müsbət təsiri ola bilməz. Ukrayna münaqişəsinin həllində daha uğurlu irəliləyişə töhfə verməsi ehtimalı da azdır”, - Kremlin nümayəndəsi qeyd edib.