BAKI, 21 sentyabr. TELEQRAF
"Qafqaz Albaniyasının tarixi-mədəni irsi Azərbaycan ərazisində çoxsaylı memarlıq abidələri ilə təmsil olunur. Bu irsin ən mühüm nümunələri sırasında Şəkidəki Kiş məbədi, Xocavənd rayonundakı Amaras monastırı, Qax rayonundakı Qum bazilikası və Ləkit məbədi, Kəlbəcərdəki Xudavəng və Gəncəsər monastır kompleksləri, eləcə də Ağoğlan monastırı və digər dini-memarlıq abidələridir".
Bunu Teleqraf-a açıqlamasında tarixçi alim Zaur Əliyev deyib.
Tarixçinin sözlərinə görə, Şəkidə yerləşən Kiş məbədi I əsrdə həvari Müqəddəs Yelisey tərəfindən əsası qoyulduğu bildirilən və regionun erkən xristian memarlığının mühüm nümunələrindən biri hesab olunan abidələrdəndir.
Mütəxəssis qeyd edib ki, alban dövrü abidələrinin bədii xüsusiyyətləri, xüsusilə xaçdaşların dekorunda xristian simvolları ilə yanaşı, daha qədim inancları və yerli sənət ənənələrini əks etdirən elementlərin olduğu iddia edilir. Onun fikrincə, bu xüsusiyyətlər Qafqaz Albaniyası mədəniyyətinin formalaşmasında müxtəlif etnomədəni komponentlərin rolunu göstərir:
"Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olması ilə bağlı müxtəlif tarixi mənbələrə istinad edilə bilər. İngilis şərqşünası və arxeoloqu Vilsonun qədim İran mədəniyyətinə dair araşdırmalarında Azərbaycanın qədim mədəniyyət mərkəzi olduğu barədə fikirlər yer alır. XVI əsrdə yaşamış isveçrəli alim Konrad Gesnerin “Mithridates” əsərində də Azərbaycan və qədim Albaniya coğrafiyası ilə bağlı məlumatların olduğu qeyd edilir".
Mütəxəssis bildirib ki, alban memarlığının əsas xüsusiyyətlərindən biri yerli memarlıq ənənələrinin xristian dini memarlığı ilə sintezidir. Onun sözlərinə görə, abidələrin memarlıq quruluşunda günəş, işıq və səma kultları ilə bağlı daha qədim dünyagörüşlərinin izlərini görmək mümkündür.
Z.Əliyev hesab edir ki, Ermənistan ərazisində tarixən mövcud olmuş alban irsinin araşdırılması ayrıca elmi istiqamət kimi diqqətdə saxlanılmalıdır:
"Bütün alban yazılı daşlarının üzərindəki xristianlığa qədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur. Kilsələrə baxan kimi dərhal bilinir ki, o dövrdə Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Qapı və pəncərələri Günəş doğan tərəfə tikilib.
Erməni kilsələrinin əsas qapısı və pəncərələri elə tikilir ki, ora Günəş şüası düşməsin. Çünki onlar işığa yox, zülmətə xidmət ediblər. Çox az adam bilir ki, ermənilər öz kilsələrində şeytana ibadət məqsədilə insan qurbanları kəsiblər. Buna görə də qapı-pəncərələri qaranlıq olan tərəfə tikiblər ki, onları görən olmasın. Əgər Azərbaycan ərazisində alban memarlığı özünün fiziki-struktur ilkinliyini qoruyub saxlamışdırsa, Ermənistan ərazisində bu gün hüquqi və maddi mənada Qafqaz Albaniyasına aid heç bir müstəqil abidə mövcud deyil.
Ermənistan ərazisində isə alban irsi subyekt olaraq tamamilə sıradan çıxarılıb, orada mövcud olan qədim xristian abidələri uzunmüddətli institusional və fiziki müdaxilələr nəticəsində assimilyasiya olunub, erməniləşdirilib və alban mədəniyyətinə aid izləri tamamilə itirilib. Bu səbəbdən müasir mərhələdə Ermənistan ərazisində alban irsi ilə hər hansı memarlıq müqayisəsi aparmaq qeyri-mümkündür, çünki həmin irs maddi və hüquqi baxımdan artıq mövcud deyil".
Z.Əliyev bildirib ki, 1836-cı il aktı abidələrin erməniləşdirilməsi və tarixi sənədlərin Eçmiəzdin tərəfindən mənimsənilməsi prosesinin başlanğıc nöqtəsidir:
"Bu, abidələrin əzəli erməni mənsubiyyətini deyil, sonradan qazanılmış hüquqi statusunu sübut edir. Ermənistan tərəfinin iddia etdiyi "mono-etnik erməni xristianlığı" konsepsiyası udilərin və digər yerli xristian alban tayfalarının varisliyini tamamilə inkar edir. Azərbaycanda bu irsin öz canlı tarixi daşıyıcıları ilə birgə qorunması abidələrin regional və polietnik alban kimliyinin ən böyük sübutudur. Monastırları inşa etdirən yerli xristian feodallar tarixi epiqrafik mətnlərdə özlərini "Ermənistan çarı" deyil, "Albaniyanın mütləq hakimi", "Albaniya knyazı" adlandırmışlar. Onların şəcərəsi qədim alban zadəgan nəsillərinə bağlanır.
Əgər bu abidələr əzəldən ermənilərə məxsus idisə, XIX əsr rus sənədlərində və Avropa xəritələrində niyə bu kilsələr "Erməni kilsəsi" yox, məhz "Alban kilsələri" və icması kimi qeydiyyata alınırdı? İndiki Ermənistan coğrafiyasında yerləşən qədim kilsə və monastır komplekslərinin divarlarındakı, künc daşlarındakı və qəbirüstü stellardakı qədim alban və qarqar dilli epiqrafik yazılar, eləcə də orijinal monoqramlar mexaniki üsullarla qazılaraq tamamilə silinib.
Alban memarlıq məktəbinə xas olan unikal, maili və qat-qat dam örtükləri, asimmetrik pəncərə yerləşgələri və daxili tağ sistemləri "təmir" adı altında sökülərək yenidən qurulub. Məbədlərin damları erməni Qriqorian kilsələrinə məxsus monolit konusvari formaya salınıb, fasadlar Ermənistandan gətirilən rəngli tuf daşları ilə örtülüb.
Ən mühümü isə məbədlərin günbəzlərindəki bərabəryanlı unikal alban xaçları sökülərək qəti şəkildə Erməni Qriqorian xaçları ilə əvəzlənib. Alban kilsələrinin kitabxanalarında, skriptoriumlarında qorunan yüzlərlə qədim əlyazma, liturgik mətn, xronika və dini ayin kitabları müsadirə olunaraq Eçmiəzdin arxivlərinə daşınıb".