BAKI, 21 sentyabr. TELEQRAF

Qırğızıstan Milli Bankı sentyabrın 17-dən etibarən “Zolotaya Korona” pulköçürmə sisteminin operatoru olan Rusiyanın “Ödəniş Mərkəzi” Şirkətinin lisenziyasını ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qərarın səbəbi operatorun özünün müraciəti olub. Avropa İttifaqı iyul ayında Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində sanksiya tətbiq edib.

“Zolotaya Korona” iyulun sonunda Gürcüstana və bir sıra digər ölkələrə, daha sonra isə Azərbaycana pulköçürmələrini dayandırıb.

Bununla yanaşı, Özbəkistan Mərkəzi Bankından bildirilib ki, şirkət rəhbərliyi ilə birlikdə yeni texniki operatora keçidlə bağlı razılığa gəlmək üçün danışıqlar aparırlar. Güman edilir ki, bu, sanksiyaların pulköçürmələrinə ikinci dərəcəli təsirinin qarşısını almağa imkan verəcək.