BAKI, 21 sentyabr. TELEQRAF

İspaniya millisinin baş məşqçisi Luis de la Fuentenin müqaviləsi 2032-ci ilə qədər uzadılıb.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) rəsmi açıqlama yayıb.

Rafael Louzanın rəhbərlik etdiyi İdarə Heyəti 65 yaşlı mütəxəssisin müqaviləsinin uzadılmasını yekdilliklə təsdiqləyib. De la Fuente bu qərardan sonra 2026-cı il dünya çempionatında komandanın qazandığı çempionluğun ardından fəaliyyətini davam etdirəcək.

RFEF prezidenti Rafael Louzan bildirib:

“Biz sabitlik və etimada əsaslanan layihə axtarırıq. Bu, Luis de la Fuenteyə və onun rəhbərlik etdiyi idman layihəsinə olan inama əsaslanan təklifdir. Söhbət İspaniya millisinin tarixində ən çox titul qazanan baş məşqçidən gedir. 14 ildir bizimlədir və Luis de la Fuente RFEF-də uzunmüddətli gələcəyə layiqdir”.

Yeni müqavilə De la Fuenteyə qarşıdakı iki Avropa çempionatında – 2028 və 2032-ci illərdə, həmçinin İspaniya, Portuqaliya, Mərakeş, Paraqvay, Uruqvay və Argentinanın birgə təşkil edəcəyi 2030-cu il dünya çempionatında komandaya rəhbərlik etmək imkanı verəcək.