BAKI, 8 mart. TELEQRAF
Norveç paytaxtı Osloda ABŞ səfirliyinin yaxınlığında partlayış hadisəsi qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi Norveç polisinə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, bazar günü səhər Norveç polisi ABŞ səfirliyinin yaxınlığında güclü partlayış səsi eşidildiyini qeyd edib.
Hələlik partlayış nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.