BAKI, 8 mart. TELEQRAF

İsrail Ordusu İrana qarşı həyata keçirilən “Şir nəriltisi” əməliyyatının növbəti mərhələsinə keçildiyini və hücumların ölkədəki istehsal obyektlərinə yönəldildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi briqada generalı Efi Defrin brifinqdə məlumat verib.

O bildirib ki, İsrail əməliyyatın növbəti mərhələsinə keçərək hücumların miqyasını genişləndirib və İran hakimiyyətinə məxsus əsas istehsal obyektlərini hədəfə alıb.

Defrinin sözlərinə görə, son aylar ərzində İsrailin kəşfiyyat idarəsi İranın istehsal infrastrukturunu bərpa etmək və raket arsenalını artırmaq istiqamətində atdığı addımları izləyib.

Onun sözlərinə görə, bu məlumatlar əməliyyatın yeni mərhələsində hücumların məhz bu obyektlərə yönəldilməsinə səbəb olub.