BAKI, 15 fevral. TELEQRAF

ABŞ Norveçlə kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində Norveçin baş naziri Yones Qar Stere ilə görüşünün yekunlarına dair paylaşımında bildirib.

Rubio qeyd edib ki, Vaşinqton tədarük zəncirlərinin təhlükəsizliyi, o cümlədən strateji və kritik minerallar sahəsində Oslo ilə əməkdaşlığa ümid edir.

O əlavə edib ki, görüş zamanı Norveçin Arktika təhlükəsizliyində rolu və Qrenlandiyanın strateji əhəmiyyəti də müzakirə olunub.