BAKI, 14 fevral. TELEQRAF

ABŞ administrasiyasının əsas hədəfi İranın nüvə arsenalına sahib olmasının qarşısını almaqdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib.

Dövlət katibi ABŞ-nin Tehranla yeni bir nüvə sazişinin imzalanmasında maraqlı olduğunu vurğulayıb:

"İran heç vaxt nüvə silahı əldə etmək imkanına malik olmamalıdır. Biz hərbi ssenaridənsə, bu problemi həll edəcək və bütün boşluqları aradan qaldıracaq yeni bir sazişin bağlanmasına üstünlük veririk".