BAKI, 19 yanvar. TELEQRAF

Türkiyənin Suriyanın şimal-şərqindəki PKK-nın mövqelərinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) mətbuat xidmətinin məlumatına görə, pilotsuz təyyarələr Əl-Haseke şəhərinin cənub kənarındakı Qəzvan dağı ərazisinə zərbələr endirib və bundan sonra həmin ərazi artilleriya atəşinə tutulub.

SDQ həmçinin kürd birləşmələrinin əl-Əliyə istiqamətində Suriya hökumət qüvvələrinin hücumlarını dəf edə bildiyini bildirib.

Daha öncə Suriya ordusu əl-Hasaka əyalətindəki Əş-Şəddadi şəhərini və orada minlərlə İŞİD yaraqlısının saxlanıldığı bir həbsxananı ələ keçirdiyini elan edib. SDQ Dəməşqi atəşkəs razılaşmasını pozmaqda günahlandırıb. Suriya ordusu ittihamları rədd edərək atəşkəsin Kürdüstan Fəhlə Partiyasının ayrı-ayrı bölmələri və keçmiş hökumətin tərəfdarları tərəfindən pozulduğunu bildirib.