BAKI, 14 may. TELEQRAF

“İsrail Ordusunun İranla bağlı missiyası hələ bitməyib”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

Müdafiə naziri bildirib ki, İsrail Ordusu yenidən hərəkətə keçmək məcburiyyətində qala biləcəyi ehtimalına hazırdır.

“Məqsədlərə danışıqlar yolu ilə çatılmasa, yenidən tədbir görəcəyik”, - Kats vurğulayıb.