BAKI, 14 may. TELEQRAF
Azərbaycanda peşə təhsili kurikulumlarına süni intellekt, yaşıl enerji və kiber təhlükəsizlik kimi müasir sahələr daxil edilir.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində təhsil proqramları yenidən hazırlanacaq. Yeni proqramlarda rəqəmsal bacarıqlar, süni intellekt, yaşıl enerji və kiber təhlükəsizlik üzrə kompetensiyaların kurikulumlara daxil edilməsinə üstünlük veriləcək.
Həmçinin, səriştə əsaslı dual (ikili) təhsil proqramlarının tətbiqi genişləndiriləcək. Plan çərçivəsində 2029–2030-cu illərdə peşə təhsili sistemində beynəlxalq ikili diplom proqramlarının tətbiqi də nəzərdə tutulur.