BAKI, 14 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrə mayın 13-14-də həyata keçirilən Rusiyanın irimiqyaslı hava hücumuna qarşı mümkün cavab variantları hazırlamağı tapşırıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı bunu Ali Baş Komandanın Qərargahının iclasından sonra bildirib.

Prezident xatırladıb ki, 13-14 may tarixlərində baş verən kütləvi hücumlar zamanı Rusiya ümumilikdə 1567 dron və 56 müxtəlif tipli raketdən istifadə edib. Ölkə ərazisinə atılan dronların 94, raketlərin isə 73 faizi zərəsizləşdirilib.