BAKI, 14 may. TELEQRAF
Pakistan Hərbi Hava Qüvvələri “Fatah-4” dəqiq idarəolunan yer-yer tipli qanadlı raketini uğurla sınaqdan keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti məlumat verib.
Bildirilib ki, qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz olunmuş “Fatah-4” uzaq məsafələrdəki hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.
120-750 km mənzilli “Fatah” raketlərinin əvvəlki sınaqları 2025-ci ilin may-sentyabr aylarında keçirilmişdi.