BAKI, 14 may. TELEQRAF
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və parlamentin İqtisadi Məsələlər Komitəsinin sədri Babken Tunyan Amerika Ticarət Palatasının Direktorlar Şurasının üzvləri və icra heyəti ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə parlament tərəfindən birinci oxunuşda təsdiqlənmiş “İnvestisiyalar haqqında” qanunla bağlı məsələlər müzakirə olunub.
Görüş zamanı Ermənistana investisiya axınının gücləndirilməsinin və ölkənin investisiya mühitinin cəlbediciliyinin artırılmasının vacibliyinə toxunulub.