BAKI, 14 may. TELEQRAF

“Birləşmiş Ştatlar hesab edir ki, Ukraynada sülhün əsas təminatçısı hansısa xarici dəstək deyil, ilk növbədə, onun Silahlı Qüvvələri olmalıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Kristofer Smit bildirib.

“Ən vacib və əsas çəkindirici vasitə güclü və yaxşı təchiz olunmuş Ukrayna Silahlı Qüvvələridir. Amma bildiyiniz kimi, davamlı sülhü dəstəkləmək üçün hansısa təşviqedici səylərlə bağlı müttəfiqlərimiz və ukraynalılarla da danışıqlar aparılır. Davam etdiyini nəzərə alaraq, danışıqların detallarına dair fərziyyə yürütmək istəmirəm”, - o, Qərbin Ukrayna üçün mümkün “Könüllülər Koalisiyası”nın yaradılması perspektivlərini şərh edərkən bildirib.