BAKI, 14 may. TELEQRAF

Qazaxıstan və Türkiyə arasında “Əbədi dostluq haqqında” müqavilə imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Administrasiyası məlumat yayıb.

Astanada ikitərəfli danışıqlardan və Qazaxıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasından sonra Prezident Kasım-Jomart Tokayev və Prezident Rəcəb Tayyib Ərdoğan “Qazaxıstan Respublikası ilə Türkiyə Respublikası arasında əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq haqqında” bəyannamə imzalayıb.